Bank VTB (Azərbaycan) kredit üzrə on minici müştərisini təbrik etdi | Banco.az

Bank VTB (Azərbaycan) kredit üzrə on minici müştərisini təbrik etdi

Bank VTB (Azərbaycan) dekabrın 26-da kredit üzrə on mininci müştərisi olan Yaqubov Vüqar Əjdər oğlunu qiymətli hədiyyələrlə təltif etmişdir. Belə ki, V.Yaqubova LG markalı televizor, "on minici müştəri" sertifikatı, 2 000 manat kredit limiti olan "Gold" səviyyəli kredit kartı təqdim olunmuşdur.

Təltifetmə mərasimi V.Yaqubovun kredit götürdüyü Bank VTB-nin (Azərbaycan) "Əcəmi" filialında keçirilmişdir. Filialın direktoru Anar Zeynalov və VTB (Azərbaycan) ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev on mininci borcalanı təbrik etmişlər. Çıxış edənlər pərakəndə biznes sahəsində Bankın əldə etdiyi nailiyyətlər haqqında danışmış və bütün tədbir iştirakçılarına qarşıdan gələn yeni ildə möhkəm can sağlığı, uğurlar və yeni nailiyyətlər arzulamışlar. 

VTB-nin (Azərbaycan) kredit üzrə on minici müştərisi olması barədə məlumatın onun üçün gözlənilməz olduğunu deyən Vüqar Yaqubov bankın xidmətlərinin səmərəliliyini çox qısa müddət ərzində hiss etdiyini vurğulamışdır. Burada onu həm faiz dərəcələri, həm də yüksək səviyyəli xidmət və əməkdaşların xoş münasibəti qane edir.  

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev: "İstehlak kreditlərinə və avtokreditlərə müştərilər tərəfindən böyük tələb var. Kreditləşmədə sərfəli şərtlər və Bankın "KİA", "Chevrolet", “Hunday” kimi avtosalonlarla fəal əmakdaşlığı müştərilərə geniş seçim imkanı yaradır. Beləliklə, son iki il ərzində 5 mindən artıq müştəri bizim bankın avtokredit xidmətindən istifadə etmişdir".

 

Arayış üçün:

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.