Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün kreditlərin onlayn ödəniş imkanlarını genişləndirir. Belə ki, bank kassam.az elektron ödəniş sisteminə qoşulub ki, bu da
VTB (Azərbaycan)-ın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək. Bunun üçün www.kassam.azportalında VTB (Azərbaycan) müştəriləri “Bank xidmətləri” bölməsinə keçib «VTB Bank» səhifəsinə daxil olub ödəniş etməlidir. İstifadəçilər borclarını şəxsiyyət vəsiqəsinin PİN-kodunu, kredit müqaviləsinin və ya kartın nömrəsini daxil edərək qaytara bilər. Kassam.az portalında kreditləri yalnız manatla ödəmək mümkündür (dollar kreditləri üzrə ödəniş manat ekvivalentində həyata keçirilir).
Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
Hazırda VTB (Azərbaycan) müştəriləri kredit üzrə borclarını bir sıra ödəniş sistemi vasitəsi ilə qaytara bilər: «Е-manat» və «Milli-Ön», eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.azonlayn sistemləri.