“Bank Technique”, faizləri öncədən ödənilən,
“SMART” depozitini təqdim edir!
Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan “Bank Technique” ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu – “Smart” depozitini təqdim edir. Depozitə yerləşdiriləcək minimum məbləğ 100 AZN və ya ABŞ dollarıdır. “Smart” depoziti üzrə vəsaitlər 12, 24, 48 və ya 60 ay müddətinə yerləşdirilə bilər.
Yeni depozitin cəlbedici xüsusiyyəti, yatırılan vəsait üzrə hesablanacaq faizlərinin bir qisminin öncədən ödənilməsidir. Belə ki, “Smart” depozitinə yatırılan pullar üzrə hesablanacaq faizlərin, depozit müddətindən asılı olaraq, 30-50% aralığında hissəsi Müştəriyə vəsaiti banka yerləşdirdiyi gün, qalıq hissəsi isə depozit müddətinin sonunda ödənilir. Bu isə, ən əsası, Müştəriyə əvvəlcədən əldə etdiyi faizlərin şəxsi məqsədlər üçün istifadə etmək və ya yenidən əmanətə yönəltmək imkanını yaradaraq, onun Bankda yerləşdirdiyi əmanət məbləğini və faiz gəlirlərinin artırmasına yol açır.
Həmçinin, bu depozit növünə yatırılan vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Qeyd edək ki, depozit istənilən vaxt Bankdan götürülə bilər və hətta bu halda da, depozit üzrə faizlər hesablanır.
“Smart” depoziti həm Bankın xidmət şəbəkəsi, həm də məsafəli şəkildə “Şəxsi Kabinet” xidməti vasitəsilə yerləşdirilə bilər. Bu növ depozitə vəsaitlərini yerləşdirən Müştərilərə “Bank Technique”in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti, 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 6 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.