«Bank Standard» yeni əməliyyat mərkəzinə keçir | Banco.az

«Bank Standard» yeni əməliyyat mərkəzinə keçir

“Bank Standard” müştərilərə göstərdikləri xidmət səviyyəsini mükəmməlləşdirmək üçün yeni əməliyyat mərkəzinə keçib. Bununla da bank öz müştərilərinə yüksək xidmət səviyyəsilə bərabər yeni innovativ məhsullar təklif etmək imkanı qazanıb.  Yeni əməliyyat mərkəzinə keçidlə əlaqədar “Bank Standard” öz müştərilərini kart əməliyyatları zamanı qarşılaşa biləcəkləri problemlərlə bağlı xəbərdarlıq edərək onlardan müvəqqəti narahatlığa görə üzr istəyir.  Bank hörmətli müştərilərini əmin etmək istəyirik ki, problem qısa müddət ərzində aradan qaldırılacaq. Müştərilər problemlə bağlı istənilən sualla bankın 24 saat çalışan 158 məlumat mərkəzinə, facebook səhifəsindəki “Onlayn Məsləhətçi” xidmətinə və ya yaxınlıqdakı filialına müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et