“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank oldu! | Banco.az

“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank oldu!

“Bank of Baku”-nun plastik kartları ilə nağdsız ödənişlər ən yüksək həddə çatıb. Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may ayına aid hesabatında (http://cbar.az/standalone/nagdsz-dnilr-zr-nominasiya), “Bank of Baku”  bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Mərkəzi Bankın hesabladığı əmsala görə, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox ödəniş “Bank of Baku”-nun   POS-terminallarında və bankomatlarında aparılıb. Belə ki, ay ərzində “Bank of Baku”-nun plastik kartları ilə yalnız POS-terminallarda 166.890 əməliyyat həyata keçirilib. Hesabat  ayına olan məlumata görə, “Bank of Baku”-ya məxsus kartların sayı isə 244. 683 təşkil edib. Bu rəqəm isə, Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku”Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur.  “Bank of Baku” bu istiqamətdə Mərkəzi Bank ilə əməkdaşlığa xüsusi önəm verməkdə davam edəcək.

Azərbaycanın plastik kartlar bazarında aparıcı maliyyə təsisatlarından olan “Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini, bu gün Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün 120.000-dən artıq Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edə bilir.

“Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi vəwww.facebook.com/bankofbaku