“Bank of Baku” daha bir nüfuzlu mükafata layiq görülüb.Belə ki, iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatı “Bank of Baku”-ya təqdim edilib. Mükafat “Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri. Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında verilib.
Mükafatın təqdim edilməsi mərasimində “Bank of Baku”-nun sədr müavini Abbas İbrahimov bu nailiyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib. “Bu mükafat hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur”.
Xatırladaq ki, “Uğur” mükafatı “Bank of Baku”-ya sayca artıq ikinci dəfə təqdim edilir. 2007-ci ildə bank “İlin ən yaxşı pərakəndə bankı” nominasiyasında bu mükafata layiq görülmüşdür.
Mükafatın təqdim edilməsi münasibətilə “Bank of Baku”-nun Azərbaycanın həm istehlak kreditləri, həm də plastik kartlar bazarında qabaqcıl mövqelərə malik olduğu bildirilib.Belə ki, “Bank of Baku”-nun plastik kartları ilə aparılan nağdsız ödənişlərin səviyyəsi hər kəsin etiraf etdiyi bir nailiyyətdir. “Bank of Baku” Azərbaycanda ən geniş yayılmış və ilk hissə-hissə ödənişli kredit kartı – Bolkartın sahibidir.Bu gün Bolkart-dan yüz minlərlə Azərbaycan vətəndaşı istifadə edir.
2000-ci ildə təsis edilən “Uğur” milli mükafatı yerli şirkət və müəssisələrin fəaliyyətlərinin uğur əmsalını dəyərləndirir.Hər il yüzlərlə yerli şirkət xüsusi ekspert qrupu tərəfindən nəzərdən keçirilir və onların fəaliyyətinə qiymət verilir. “Uğur” milli mükafatı Azərbaycanın iqtisadi və ictimai həyatına əsaslı töhfə vermiş şirkət və korporasiyalara verilir.
Ətraflı məlumat:
145 Məlumat Mərkəzi