Avqust ayının1-dən “Bank of Azerbaijan” ASC - də “Adama qalan Gəzməkdir” kampaniyası start götürüb. Kampaniya çərçivəsində xaricdə hər bir əməliyyat üzrə 100 USD/AVRO/AZN - dan və daha yuxarı məbləğdə pos – terminal vasitəsi ilə alış - veriş edən Bank of Azerbaijan kredit kart sahibləri, xərclədikləri məbləği faizsiz bərabər hissələrlə 3 aya ödəyə bilərlər.
Kampaniya 30 sentyabr 2013-cü il tarixinədək davam edəcək. Kampaniyada yalnız Bank of Azerbaijan kredit kart sahibləri iştirak edə bilərlər. Kampaniya çərçivəsində müştərilər maaşlarının 3 misli həcmində kredit xətti əldə edə bilərlər. Xaricdə pos - terminaldan hər bir əməliyyat üzrə100 manat, dollar və ya avrodan aşağı məbləğdə keçirilmiş məbləğlərə güzəşt adi qaydada (növbəti ayın 10 –dək) tətbiq olunacaq. Dünyanın istənilən nöqtəsində pos - terminallardan hər bir əməliyyat 100 manatdan, dollardan və ya avrodan yuxarı pul xərcləmiş müştərilər, həmin məbləği 3 ay ərzində bərabər hissələrlə faizsiz geri ödəyə bilərlər. Qeyd etmək lazımdır ki, Azərbaycan daxilində və xaricdə bankomatlardan çıxarılan məbləğlər bu kampaniyada iştirak etmir.
Xatırladaq ki, Bank of Azərbaijan 1993 - cü ildən bazarda fəaliyyət göstərir.