2010-cu ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Bank BTB, müştərilərə bildirir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun şərtlərinə uyğun olaraq Bank BTB-də yerləşdirilən əmanətlər məbləğindən asılı olmayaraq tam sığortalanır.
"Əmanətlərin tam siğortalanması haqqında" qanununa əsasən 2016-cı il 1 mart tarixindən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda xarici valyutada illik 3%, manatda isə illik 12% dərəcəsinədək yerləşdirilmiş bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanmış hesab olunur.
Bundan başqa daha çox gəlir əldə etmək istəyən müştərilər üçün , Bank BTB müştərilərə yenilənmiş şərtlərlə manat və ABŞ dolları valyutasında əmanət məhsullarını təklif edir. Hazırda Bank BTB-də “Müddətli” və “Proqressiv” əmanət növləri mövcuddur. Yenilənmiş şərtlərə əsasən əmanətin minimal məbləği 100 AZN/USD, müddət isə 3-36 ay təşkil edir. Manat əmanəti üzrə maksimal faiz dərəcəsi illik 16%, ABŞ dolları valyutasında isə illik 8% təşkil edir. Əmanətçilərə əmanət faizlərini aylıq , rüblük və müddətin sonunda əldə etmək imkanı verilir
Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün pulsuz Visa Savings kart təqdim olunur. Üstəlik 1000 USD ekv.dən artıq məbləğdə əmanət yerləşdirən əmanətçilərə məbləğdən asılı olaraq hədiyyə Visa plastik kartları verilir. Bundan başqa əmanətçilər, sərfəli sərştlərlə əmanətə bağlı kredit məhsulundan da faydalan bilərlər. Əmanətçilər “Proqressiv” əmanəti növü üzrə əmanətin artırılması imkanı var.
Hal - hazırda Bank BTB-nin təklif etdiyi faiz dərəcələri ölkənin bank sektorunda ən sərfəli təkliflərdən biridir. İllik 16 % gəlir əldə etmək imkanı bankın əmanət məhsullarını müştərilər üçün əlverişli edir.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.