18 may 2016-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Bank BTB ASC-də bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib. Bank BTB-nin rəhbərlər üzvləri və digər səlahiyətli əməkdaşlar layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlimlər təşkil edərək maraqlı mülahizələr aparıblar.
Qeyd edək ki, layihədə Bakı Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bank BTB ASC-nin qonaqları oldular.
Təlim iştirakçıları Bank BTB-nın strukturu ilə tanışlıq, "Plastik kartlar", "Bank Təşkilati strukturu" və "Bank Məhsullarının yaradılması" mövzusunda interaktiv təlim alıblar. Peşəkar əməkdaşlarımız tələbələrlə bank haqqında ümumi məlumat, bank məhsulları və xidmətlər, həmçinin plastik kartlar, kart sistemlərinın işləmə mexanizmləri, kartlarla əməliyyatlar zamanı fırıldaqçılıqlar və s. haqqında ətraflı maarifləndirici biliklərlə paylaşdılar. Təlimdə tələbələr aktiv iştirak edərək, onları maraqlandıran sualları təlimçilərə ünvanladılar və canlı mübadilə yaratdılar. Bank BTB-nin rəhbərliyi və əməkdaşları layihədə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək onlara aldıqları bilikləri gələcək karyeralarında uğurla tətbiq etməklərini arzu edirlər.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.