Visa Infinite – Visa ödəniş sisteminə aid kart ierarxiyasında ən yüksək pillədədir. Bu kart elitarlıq rəmzi sayılır və hər bir bankın müştərisinə maksimum sərbəstliyə, komfort və dünyanın istənilən məkanında VIP-xidmətlərinə təminat verir. Xarici ölkəyə səyahət zamanı Visa Infinite kartının sahibləri, o cümlədən onunla səyahətə çıxan 5 ailə üzvü bütün növ risklərdən sığortalanır.
Visa şirkəti Visa Infinite ödəmə kartı ilə alış-veriş zamanı istehsalçı tərəfindən verilmiş təminat müddətinə əlavə olaraq daha 24 aya qədər təminat verir. Alış-verişin qorunması proqramı çərçivəsində, bu kart vasitəsilə alınan mallar oğurlanma, zədələnmə,sıradan çıxma hallarından etibarlı sığortalanmış olur.
Dəbdəbəli otellər şəbəkəsinin xüsusi proqramları, aparıcı avtomobil icarəsi bürolarında eksklüziv xidmət, Azərbaycanvədünyaüzrəməşhurbutiklərdəendirimlər – bütünbunlar Visa Infinite sahibləriüçündür.
Visa İnfiniti-dən heç də geri qalmayan World Elite Mastercard Azər Türk Bank-ın kart müştərilərinə özünün xidmət və üstünlüklərini, o cümlədən səyahət, alış-veriş və bütövlükdə həyat tərzi ilə bağlı unikal imkanları təqdim edir.
World Elite kartının ahibləri dünyanın 600-dən artıq hava limanında VİP-zallara giriş imkanı əldə edir. Kart sahibi onu yola salan şəxsləri və biznes üzrə tərəfdaşlarını da (VİP-zalların şərtlərindən asılı olaraq 10 adama qədər) özü ilə zala dəvət edəbilər. 24/7 vaxt rejimində kart sahibinin dünyanın istənilən nöqtəsində arzu və istəklərinin gerçəkləşməsində yardımçı olacaq şəxsi menecer, məşhur otellərdə bron etmə, qapalı ziyafətlərə və klublara keçid, incəsənət premyeralarında iştirakvə bir çox digər imkanlar World Elite-dən kart sahibinə ərməğandır. Xidmətdən faydalanmaq üçün xüsusi nömrəyə zəng edib şəxsi menecerlə əlaqə saxlanılması yetərlidir.
AzərTürkBank-ı bu elit kartları reklam etmir, təklif edir.