Azərbaycan Beynəlxalq Bankı elektron ticarətin inkişafında liderdir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı elektron ticarətin inkişafında liderdir

Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin nəticələrinə əsasən, Mərkəzi Bankın keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" nominasiyasının qalibi elan olunub. "Təmassız ödəniş kartları üzrə lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyalarında da Azərbaycan Beynəlxalq Bankı lider mövqelərdə qərarlaşıb.

Qeyd edəkki, ötən il Azərbaycan Beynəlxalq Bankının elektron xidmət şəbəkəsi vasitəsilə ümumi dövriyyəsi 51,872,568 manat olan 2,231,816 əməliyyat aparılıb.  Əməliyyatların 1,609,684-ü ATM-lər, 24,750-i İnternet-bankçılıq, 757-i bank köşkləri, 596,625-i Mobil Bank xidmətləri vasitəsilə yerinə yetirilib.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 248 745 olan Bankın 737 ATM-i fəaliyyətdədir. Bu,Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 mindən çox POS terminalı müştərilərin istifadəsindədir.

Ən sərfəli kredit üçün müraciət et

“VİSA Pay Wave” və “Mastercard Pay Pass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını da ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı 2013-cü ildən tətbiq etməyə başlayıb.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.