Azər Türk Bankla pulunuz daha sürətlidir | Banco.az

Azər Türk Bankla pulunuz daha sürətlidir

Müasir bankçılıq texnologiyaları əsasında fəaliyyət göstərən Azər Türk Bank ölkədaxili və ölkəxarici pul köçürmələri həyata keçirmək istəyən müştərilərə bu istəklərini qısa müddət ərzində yerinə yetirmək imkanı yaradır. Müştərilər Banka müraciət edərək hesab açmadan Azərbaycanın istənilən regionuna, eləcə də dünyanın 200-dən artıq ölkəsinə bir neçə dəqiqə ərzində sərfəli şərtlərlə pul köçürə bilərlər. Azər Türk Bank təcili pul köçürmələrini Western Union, Contact, UPT və Monex kimi təcili pul köçürmə sistemləri vasitəsilə həyata keçirir.

Bankda həmçinin, SWIFT sistemi vasitəsilə hesabdan hesaba pul köçürmək də mümkündür. Azər Türk Bank bu sahədə Citibank, Commerzbank, Raiffeisen Bank kimi dünyanın məhşur bankları ilə əməkdaşlıq edir ki, bu da pul köçürmə əməliyyatlarının təhlükəsiz, rahat və sürətli olmasına təminat verir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər bank hesabı açmadan sürətli pul köçürmələri, eləcə də hesabdan hesaba pul köçürmələri xidmətlərindən yararlanmaq üçün Azər Türk Bankın istənilən xidmət ofisinə müraciət edə bilərlər.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən "Azər Türk Bank" ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az  saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.