Azər Türk Bankın "Bayram endirimləri"ndən yararlanmağa tələsin | Banco.az

Azər Türk Bankın "Bayram endirimləri"ndən yararlanmağa tələsin

Vaxtaşırı olaraq müştərilərini yeni kampanya və xidmətləri ilə sevindirən Azər Türk Bank 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramında da ənənəsinə sadiq qalaraq "Bayram endirimləri" kampanyasını müştərilərə təqdim etdi. Bankın 8 mart Beynlxalq Qadınlar Günü ilə bağlı reallaşdırdığı kampanyanın müddəti martın 11-də başa çatdı. Azər Türk Bankın ödəniş kartına sahib olmaq istəyən xanımlara xidmət haqqının 50%-i dəyərində güzəşt olundu. Ödəniş kartı əldə etmək istəyən evil cütlüklər isə xidmət haqqına edilən 50% endirimlə yanaşı ikinci ödəniş kartını pulsuz əldə etmək fürsətindən yararlandılar. Həmçinin 7 mart tarixində Azər Türk Banka yaxınlaşaraq əməliyyat edən bütün xanım müştərilərə kiçik hədiyyələr təqdim olundu.

Azər Türk Bankın Novruz bayramı münasibətilə ödəniş kartları üzrə elan etdiyi endirim kampanyası isə davam etməkdədir. Kampanya müddətində ödəniş kartı əldə etmək üçün Banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim edilir. Həmçinin, Azər Türk Bankın əməkhaqqı kart sahiblərinə təklif olunan "Korporativ" kredit məhsulu nağdlaşdırılan zaman birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunmayacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Kampanya 01.04.2016-cı il tarixinə qədər davam edəcək. Azər Türk Bankın "Bayram endirimləri" kampanyasından yaralanmaq istəyən şəxslər şəxsiyyəti təsdiq edən sənədlə bankın istənilən filial və şöbəsinə yaxınlaşa və ya ödəniş kartlarını onlayn sifariş edə bilərlər.