Azər Türk Bankın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq | Banco.az

Azər Türk Bankın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq

17-19 iyun tarixlərində Bakıda təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-prisi ilə bağlı ölkəyə gələn turistlərə bank xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə Azər Türk Bankın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq. Bankın Bakı şəhəri, 28 may küç., ev 64/75 ünvanında yerləşən filialı 10-21 iyun tarixlərində 11,12, 18, 19 iyun şənbə və bazar günləri, 15 iyun iş günü hesab edilməyən bayram günü də daxil olmaqla hər gün  səhər saat 09:00-dan axşam saat 21:00-dək müştərilərin xidmətində olacaq.

Yarışlar ərəfəsində Bankın Bakı şəhəri, H.Əliyev pr.115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən 1 saylı şöbəsi də iş saatından kənar və istirahət günlərində fəaliyyətini davam etdirəcək. Azər Türk Bankın 1 saylı şöbəsi həftənin yeddi günü, həftə içi hər gün səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan axşam saat 17:00-dək nahar fasiləsi olmadan müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş"Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.