«Azər-Türk Bank» müasir bank proqramına keçir | Banco.az

«Azər-Türk Bank» müasir bank proqramına keçir

 Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC təxminən 1 il davam edən hazırlıq tədbirləri nəticəsində yeni bank proqramı alınması barədə «Colvir Software Solutions» şirkəti ilə müqavilə bağlayıb.

Bankdan verilən məlumata görə, müqaviləyə əsasən, bank proqram təminatı sahəsində böyük təcrübəyə malik «Colvir Software Solutions» şirkətinin nümayəndələri bu günlərdə Bakıya səfər zamanı bankda fəaliyyətə başlayıblar.

Təxminən 6-12 ay keçid müddəti sonunda «Azər-Türk Bank»da müştərilərə internet bankçılığı daxil olmaqla, hər mövzuda keyfiyyətli xidmətlərin göstərməsi mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

«Azər-Türk Bank» ASC 1995-ci ilin iyul ayından fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşiddə xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır. Bank Türkiyənin «Ziraat Bankı», Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı, Almaniyanın «Ziraat Bank International AG» və Azərbaycanın «Turanbank» ASC tərəflərindən təsis edilib.

Apa