Azər Türk Bank fiziki şəxslərdən manatla qəbul olunan əmanətlər üzrə illik faiz dərəcəsini iki dəfədən çox qaldırıb | Banco.az

Azər Türk Bank fiziki şəxslərdən manatla qəbul olunan əmanətlər üzrə illik faiz dərəcəsini iki dəfədən çox qaldırıb

Həmçinin əmanət məhsullarını yeniləyən bank sərfəli depozit faizləri ilə yeni “Standart”, “Klassik” və “Premium” əmanət növlərini müştərilərin ixtiyarına verib.

Yeni əmanət növləri üzrə müddət müvafiq olaraq 12, 24 və 36 ay təşkil edir. Manatla qəbul olunan əmanətlərin faiz dərəcələrinin iki dəfədən artıq qaldırılması və yeni əmanət növlərinin yaradılması milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə, manatın etimadının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə töhvələr verməyə xidmət edir. Əmanət faizlərinin artırılmasına baxmayaraq Azər Türk Bank manatla verilən bütün növ kreditlər üzrə faiz dərəcələrini sabit saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın bütün növ əmanət sahiblərinə Azər Türk Bank tərəfindən “MasterCard” ödəniş kartı hədiyyə verilir.