2015-ci il fevralın 6-8 tarixləri arasında Bakıda Milli Gimnastika Arenasında keçirilən beynalxalq masaüstü tennis yarışmasında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərdi. 3 gün boyunca davam edən çempionatda “AtaBank” iştirakçılara, azarkeş və nümayəndələrə “AtaMatik” vasitəsilə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.