“AtaBank” yenidən “Tour d’Azerbaidjan”-da xidmət göstərəcək | Banco.az

“AtaBank” yenidən “Tour d’Azerbaidjan”-da xidmət göstərəcək

Mayın 6-dan 10-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna yenidən dəstək olaraq “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcəkdir.

5 gün boyunca velosipedçiləri ölkəmizin Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Ağdaş və digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, “AtaBank” ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və ölkəmizin qonaqlarına dəfələrlə  “AtaMatik” səyyar bankomat xidmət edib.

Bütün idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırırıq.