1 yanvar 2015-ci il tarixindən etibarən “AtaBank” ASC öz müştərilərini Dubaydakı 20-ci alış-veriş festivalına dəvət edir! Kampaniya çərçivəsində “AtaBank”-ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar. Aksiya 1 fevral 2015-ci il tarixinədək qüvvədədir.
Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün Visa “Explore” mobil proqramını hazırlayıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.