“AtaBank” ASC və “VISA İnternational” tərəfindən təşkil olunan “Braziliyadakı futbol həyəcanını canlı izlə!” lotereyasının qalibi elan edildi.
10 mart - 30 aprel tarixində təşkil olunan lotereyanın nəticələrinə görə 2014-cü ildə Braziliyadakı keçiriləcək futbol üzrə Dünya Çempionatına 2 nəfərlik səyahətin sahibi “AtaBank” ASC-nin müştərisi Bəxtiyar Bədəlov oldu.
Bəxtiyar Bədəlov VISA kartı ilə 1 manatlıq ödəniş etməklə “Braziliyadakı futbol həyəcanını canlı izlə!” lotereyasının qalibi olub. Xatırladaq ki, qaliblər təsadüfi seçim yolu ilə seçilib..
Bəxtiyar Bədəlov “VISA International” şirkəti tərəfindən Nigeriya-Argentina oyununa biletlər daxil olmaqla Braziliyaya 2 nəfərlik turistik paket və “AtaBank” ASC tərəfindən qiymətli hədiyyələrlə təltif edilmişdir. Hədiyyələrin təqdimatı “AtaBank” ASC-nin baş ofisində reallaşıb. Tədbirdə həmçinin “VISA International” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Nurlan Hacıyev və “VISA International”ın Azərbaycandakı səlahiyyətli agentliyi Optimum Media Azərbaycan şirkətinin müştərilərlə iş şöbəsinin direktoru Səbinə Sadıqova iştirak etmişlər.
Həyəcanını gizlətməyən qalib “Həmin gün əsəbi idim. Həmin an “AtaBank”dan gələn zəng və qalib gəldiyim xəbəri məni çox sevindirdi. Hər kəsə təşəkkürümü bildirirəm” deyən Bəxtiyar Bədəlov sevinc təbəssümünü gizlətmədi.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Qeyd edək ki, bu il “AtaBank” ASC ilə VISA International arasında olan əməkdaşlığın 10 ili tamam olur.