Atabank Hesab.az portalıda istfadəçilərə daha bir yenilik təqdim edir. | Banco.az

Atabank Hesab.az portalıda istfadəçilərə daha bir yenilik təqdim edir.

Artıq Hesab.az portalında "AtaBank"a  kredit sifarişi vermək mümükündür.

Bundan sonra “AtaBank”dan kredit götürmək istəyənlər, bank filialına gəlmədən, hesab.az saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Hesab.az-da qeydiyyatdan keçən şəxslər şəxsi kabinetlərində “AtaBank-da kredit sifariş et” linkini tıklayaraq, verilən formanı doldurub, kredit sifarişi göndərə bilərlər. Bu sifariş həmin an bank sistemində qeydiyyata alınır və müştəri ilə əlaqə saxlanılaraq, istədiyi kredit ona təklif edilir. Müştəri kredit sifarişini verərkən adını, soyadını və atasının adını, eləcə də mobil telefonunun nömrəsini mütləq dəqiq göstərməlidir.   

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com  saytına və ya  sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/atabank.