ALBALI-dan 10 MİN MANATLIQ LOTEREYA UDUŞU | Banco.az

ALBALI-dan 10 MİN MANATLIQ LOTEREYA UDUŞU

Unibank-dan Albalı kart sahiblərinə növbəti sürpriz: “Albalı kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereya başlayır. Oktyabrın 24-dən  dekabrın 31-dək davam edən lotereya oyunu müddətində Albalı kartı ilə (o cümlədən 28 Malla Albalı kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edə bilər. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall Albalı ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri Albalı ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall Albalı kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır.Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu  10 min AZN olan lotereyanın 35 qalibi olacaq. 5 qalib hərəsi 1000 AZN, 5 qalibi isə hərəsi 500 AZN, 25 nəfər 100 AZN pul mükafatı əldə edəcəklər. Uduş tirajı 15 Yanvar 2014-cü ildə, Unibank-ın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisində  keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Hər gün minlərlə vətəndaş, ölkənin 850-dən artıq mağaza, supermarket və  ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını  bankın istənilən filialından pulsuz almaq  mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı