AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi | Banco.az

AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi

Artıq Bankın müştəriləri istənilən vaxt əməliyyatlarını smartfonla həyata keçirə bilərlər

AccessBank yeni myAccess mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verdi. Android və İOS platformaları üçün hazırlanan myAccess tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

“Həyat tərzi sürətlə dəyişir, artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanallarıda dəyişir. Son illərin təcrübəsi göstərir ki, Bankımızın onlayn bankinq istifadəçilərinin sayı sürətlə artdıqca,insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatıazalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir, məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirənvə biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq”-AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənov şərhində bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən myAccess mobil bankinq xidmətiəlavə funksiyalar əlavə olunmaqla daim yenilənəcək. myAccess tətbiqini artıq App StoreGoogle Play-dən yükləmək mümkündür.