AccessBank-dan pulsuz internet-bankinq xidməti | Banco.az

AccessBank-dan pulsuz internet-bankinq xidməti

Bakı, 22 fevral 2016-cı il. AccessBank fiziki şəxslər və fərdi sahibkarlar üçün myAccess internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə imkanını yaradır.

myAccess müasir tələblərə cavab verən innovativ internet-bankinq sistemidir. Ötən ilin oktyabr ayında istifadəyə verilən buxidmət qısa müddət ərzində müştərilərin böyük marağına səbəb olub. Sistemin rahatlığı və funksionallığı, həmçinin hesabları idarə etmək üçün yaratdığı geniş imkanlar korporativ müştərilər tərəfindən də yüksək qiymətləndirilir. Sistem istifadəçilərinin sayı gündən-günə çoxalır – yalnız son iki ay ərzində xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.

myAccess təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki High-Tech Bridge və Qualys şirkətləri, eləcə də “Böyük dördlüyə” daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri PwC tərəfindən aparılan tədqiqatlar əsasında myAccess Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilərin rahatlığı üçün Bankın saytındavideo-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər. 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır.