8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “Bank of Baku” Bolkart sahibləri üçün “Bolkartla bayramınız 2-qat sevincli olsun!” kampaniyasını elan edir. Mart ayının 7-dən 9-dək Bolkart sahibləri kartları ilə 3 və 6 aylıq ödəmə müddəti olan mağazalarda hər hansı məhsulu alıb, onun dəyərini 8 ayadək ödəmək imkanı qazanır.
Beləliklə, Bolkart sahibi 3 və 6 ay ödənişli mağazada cari il 7 - 9 Mart tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, məhsulun dəyərini uyğun olaraq 5 və 8 aya bölüb ödəmək imkanını əldə edəcək.
Bolkartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı və ödəmə müddətləri ilə burada tanış ola bilərsiniz: http://www.bolkart.az/?/az/stores/
Hazırda yüzminlərlə Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.