AccessBank Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB – Avstriya İnkişaf Bankı və PROPARCO – Fransa İnkişaf Bankı bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı oldular. Bu sövdələşmə AccessBank-ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.Bu kredit AccessBank-a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək.
AccessBank 60 milyon ABŞ dolları məbləğində kredit cəlb edib

