Bu şirkət 2 min işçisini ixtisar edəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu şirkət 2 min işçisini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Exxon Mobil" 2000 işçini ixtisar edəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın enerji nəhəngi “Exxon Mobil” uzunmüddətli yenidənqurma planı çərçivəsində dünya üzrə təxminən 2 min əməkdaşını işdən çıxarmağı planlaşdırır. Bu addım şirkətin qlobal işçi qüvvəsinin təxminən 3–4%-nə təsir edəcək.

“Exxon”un 70%-nə sahib olduğu “Imperial Oil” də həmçinin işçi qüvvəsinin 20%-ni azaldacağını açıqlayıb.

CEO Darren Vudsun sözlərinə görə, bu qərarlar şirkətin rəqabət qabiliyyətini artırmaq və gələcəkdə liderliyini qorumaq məqsədi daşıyır.

“Exxon” 2024-cü ilin sonunda 61 min nəfər işçi çalışdırıb ki, bu da 2019-la müqayisədə 20% azdır. “Imperial Oil”in əməkdaş sayı isə 5 min 100 olaraq qeydə alınıb.

Son aylarda “Chevron”, “ConocoPhillips” və “BP” də neft qiymətlərinin enməsi fonunda minlərlə işçini ixtisar edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram