ABŞ-ın tariflərinə baxmayaraq Avropa iqtisadiyyatı güclü olaraq qalır | Banco.az

ABŞ-ın tariflərinə baxmayaraq Avropa iqtisadiyyatı güclü olaraq qalır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa iqtisadiyyatının ABŞ prezidenti Donald Trampın yeni tariflərinə qarşı gözləniləndən daha yaxşı dayandığını bildirib.

Banco.az xəbər verir ki, Laqard bunun səbəblərindən birinin Avropa Birliyinin zərərli cavab tarifləri tətbiq etməkdən imtina etməsi olduğunu vurğulayıb.

Trampın siyasəti dolları zəiflədib, avronu gücləndirdi. Bu, idxalı ucuzlaşdıraraq, ECB-nin inflyasiyanı nəzarət altında saxlamasına kömək etdi.

Laqard bunun səbəblərinin “güclü avro” və Trampla Aİ Komissiyasının sədri Ursula fon der Leyen arasında ticarət razılaşması olduğunu bildirib. İyul ayında əldə edilən bu razılaşma tarifləri 15% səviyyəsində məhdudlaşdırdı və investisiyaları təhdid edən qeyri-müəyyənliyi aradan qaldırdı.