Azərbaycan neftinin ucuzlaşması davam edir.
London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,78% və ya 0,38 dollar azalaraq 48,09 dollar olub.
Azərbaycan neftinin ucuzlaşması davam edir.
London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,78% və ya 0,38 dollar azalaraq 48,09 dollar olub.
10 000 manata-dək kredit 0% komissiya və 2% endirimlə!
“Sizə Yaxın Bankçılıq” şüarına sadiq qalan, müştərilərinə dəyər verən “Bank of Baku” 21 avqust-15 sentyabr tarixlərində yalnız sadiq müştəriləri üçün “Bizi sevənlər qazanır!” adlı yeni kredit kampaniyasına start verir.
Amerika fond bazarında Dow Jones indeksi 2,06% - 16 990,69 bəndədək, NASDAQ 2,82% - 4 877,49 bəndədək, S&P 500 2,11% - 2 035,73 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,56% - 6 367,89 bəndədək, Fransa CAC-40-ı 2,06% - 4 783,55 bəndədək, Almaniya DAX-ı isə 2,34% - 10 432,19 bəndədək azalıb.
Bu gün avqustun 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% azalaraq 1,0479 manata enib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,49 dollar azalaraq 40,83 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,51 dollar ucuzlaşaraq 46,11 dollar olub.
Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.
Banco.az "APA"ya istinadən xəbər verir ki, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
Asiya İnkişaf Bankı (ADB) bazara 5 il müddətinə 2 mlrd. ABŞ dolları həcmində istiqraz emissiyasını çıxarıb. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə ADB-nin baş xəzinədarı Pyer van Petegem (Pierre van Peteghem) deyib.
Fərdi uçot sistemində əcnəbilərin sayı 25 min 603 nəfərə çatıb.
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda süni qiymət artımının qarşısını almaq üçün təbirlərə başlayıb
Qazaxıstan tengəsinin dollar qarşısında 4,5% ucuzlaşaraq 197 tengəyə düşməsindən sonra Qazaxıstan vətəndaşları kütləvi şəkildə dollar almağa başlayıblar.