Banco.az | Tezliklə

Neftin ən son qiyməti (06.10.2015)

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,06 dollar, yaxud 0,13% bahalaşaraq 46,32 dollar/barel təşkil edib. Bu haqda Banco.az Bloomberg-ə istinadən məlumat verir.

"Brent" markalı neft də 0,15 dollar və ya 0,30% bahalaşaraq 49,40 dollar/barelə çatıb.

Azərbaycanca

Azərbaycanda dollar və rubl bahalaşıb, avro ucuzlaşıb

Bu gün oktyabrın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 6-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0483 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0042 manat və ya 0,36% azalaraq 1,1724 manata enib.

Azərbaycanca

Proqnoz: 2017-ci ildə "Brent" markalı neftin orta qiyməti 65 dollar olacaq

Dünyanın ən böyük bank və investisiya şirkətlərinin son üç ayda verdiyi proqnozlar əsasında bir sıra xammal və valyuta növləri üzrə orta qiymətlər hesablanıb. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, burada 2015-ci ilin IV rübü də daxil olmaqla, 2017-ci ilə qədər olan proqnozlar yer alıb.

Azərbaycanca

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 12% artıb

Cari il oktyabr ayının 1-dək Azərbaycanda 17 536 ailə dövlət ipoteka proqramından yararlanaraq mənzil sahibləri olub. "Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, indiyədək verilmiş ipoteka kreditlərinin ümumi həcmi 709,723 mln. manatdan çoxdur. Beləliklə, dövlət ipoteka kreditləşməsi ilin əvvəlindən 12,22% artıb.

Azərbaycanca

Rotasiya və onun bank sistemində əhəmiyyəti

Müəllif: Anar Əliyev, “Muğanbank” ASC – Risklərin İdarə edilməsi Departamentinin direktor müavini

Azərbaycanca

Dünya Bankı yoxsulluqla bağlı minimal gəliri artırıb

Dünya Bankı (DB) yoxsulluq həddinin müəyyənləşdirilməsi ilə bağlı adambaşına orta gündəlik minimal gəliri 1,25 ABŞ dollarından 1,9 ABŞ dollarına qaldırıb. "Report" xəbər verir ki, yoxsulluq həddinin artmasına baxmayaraq, ifrat yoxsulluq həddində yaşayanların 10%-lik baryeri aşmayacağı açıqlanıb.

Azərbaycanca

​Azərbaycan bu il beynəlxalq ofşor layihələrdən 5,5 mlrd. dollar qazanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə Xəzərin milli sektorunda istismar olunan neft və qaz yataqlarından mənfəət neft və qazın satışından Azərbaycan 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »