Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyul Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 760 milyon 626 min dollar dəyərində olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 milyon 912 min dollar və ya 6% çoxdur.
Hesabat dövründə Azərbaycandan ABŞ-ə 42 milyon 179 min dollarlıq (59.2% az) mal ixrac edilib, bu ölkədən idxal isə 718 milyon 446 min dollar (16.9% çox) dəyərində olub.
Qeyd edək ki, Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 2.64% təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!