Almaniya Azərbaycandan neft idxalını 25% artırıb | Banco.az

Almaniya Azərbaycandan neft idxalını 25% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 356 milyon 684 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi isə 661 min 678 ton təşkil edib.

Almaniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 7 ayına nisbətdə 8 milyon 382 min dollar və ya 2,4%, miqdarı isə 131 min 513 ton və ya 24,8% artıb.

Qeyd edək ki, yanvar-iyul aylarında İtaliya (8,4 milyon ton) Azərbaycanın əsas neft idxalçısı olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram