“Bank of Baku”-nun plastik kartları ilə nağdsız ödənişlər ən yüksək həddə çatıb. Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may ayına aid hesabatında (http://cbar.az/standalone/nagdsz-dnilr-zr-nominasiya), “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Mərkəzi Bankın hesabladığı əmsala görə, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox ödəniş “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb.
“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank oldu!

