Banco.az | Tezliklə

Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsində yeni şöbə yaradılıb

 Maliyyə Nazirliyinin (MN) Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin bazasında yeni şöbə yaradılıb.

Nazirlikdən verilən məlumata görə, söhbət Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən gedir.

Azərbaycanca

Oktyabrın 4-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 04.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6138 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, oktyabrın 3-də USD/AZN rəsmi məzənnəsi 1,6170 səviyyəsində olub.

Azərbaycanca

Maliyyə planı nədir?

Maliyyə Planı cari və gələcək maliyyə vəziyyətinin hərtərəfli qiymətləndirilməsidir. Bu, cari göstəricilərdən istifadə etməklə gələcək pul axınları, aktivlərin dəyəri və xərclərin proqnozlaşdırılmasıdır.

Azərbaycanca

“Bank Standard” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Bank Standard” KB Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Azərbaycanca

Şirkətlərin böhran kommunikasiyaları varmı?

Şirkətlər öz böhran kommunikasiyalarını böhran baş verməzdən əvvəl yaratmalıdırlar. Bu məsələnin vacibliyi “Excelsior  Hotel & Spa Baku” otelinin dəstəyi,  “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı  ilə PR mütəxəssislər  üçün  “Böhrandan əvvəl PR və Kommunikasiya”  mövzusunda növbəti təlimdə müzakirə olunub.

Azərbaycanca

PAŞA Bank tərəfindən növbəti Təqaüd proqramı elan edilir

Azərbaycanca

Bakı, 3 oktyabr 2016-cı il. Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə “Mən - PAŞA Bank təqaüdçüsüyəm” adlı növbəti Təqaüd proqramına start verir. Proqramın əsas məqsədi gənclərin məlumatlılığını artırmaq, ölkənin gələcək inkişaf və nailiyyətlərinə töhfə verəcəkintellektual potensiallı və istedadlı şəxslərə dəstək olmaq, onları tanıtmaq və mükafatlandırmaqdan ibarətdir.

Rusiya iqtisadiyyatı 0,7% azalıb

Rusiyada ÜDM-in həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində illik müqayisədə 0,7% azalma göstərib, bu açıqlamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi verib. 

Nazirlik həmçinin bildirib ki, mövsümi amillərdən kənar ÜDM-də ilin ilk 8 ayında dəyişiklik qeydə alınmayıb.

Azərbaycanca

Sentyabrda icbari avtosığorta üzrə ödənişlər artıb

Bu ilin sentybar ayı ərzində İcbari Sığorta Bürosunun elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 475 sığorta tələbi qeydiyyata alınıb. 

Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

Azərbaycanca

Azərbaycanın AIIB-də payı azalaraq 0,2851%-ə düşüb

 Bu ilin iyun-sentyabr ayları ərzində Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0107 faiz bəndi azalaraq 0,2851%-ə düşüb.

Bu, banka yeni üzv olan ölkələrin üzvlüklərinin ratifikasiyası ilə əlaqədardır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »