Banco.az | Tezliklə

Kapital Bank-ın yenilənmiş Qəbələ filialı istifadəyə verildi

Azərbaycanca

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qəbələ filialının yenilənmiş ofisini istifadəyə verdi. Bu barədə Banco.az "Kapital Bank"dan əldə etdiyi məlumata əsasən xəbər verir.Yeni konsepsiya əsasında təmir edilən filial Qəbələ şəhəri, İ. Qutqaşınlı küçəsi, 50 (Heydər Əliyev Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir.

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib.

Azərbaycanca

"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

Bu gün "PAŞA Bank" "Four Season" otelində yarımilin yekunları ilə bağlı mətbuat konfrans keçirib.

Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva və Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev çıxış etiblər. 

Azərbaycanca

SOCAR-ın növbəti istiqraz emissiyasının gəlirliliyi nisbətən aşağı olacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bazardakı tələbdən asılı olaraq daha bir istiqraz emissiyası həyata keçirə bilər. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edib.

Azərbaycanca

SOCAR istiqrazlarına Azərbaycanın regionlarından olan tələbat Bakını üstələyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarını alan investorlar arasında qiymətli kağızlara 100 min dollardan artıq pul yatıran kifayət qədər investor var. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib.

Azərbaycanca

SOCAR istiqrazlarının cari kotirovkası gündəlik açıqlanacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması kapital bazarının strukturunun milliləşdirilməsi baxımından mühüm addımdır. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizov bildirib.

Azərbaycanca

SOCAR istiqrazları repo əməliyyatlarına cəlb olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması ilə qiymətli kağızlar bazarında canlanma yaranıb. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Milli Depozit Mərkəzi (MDM) İdarə Heyətinin sədri Araz Əliyev bildirib.

Azərbaycanca

SKMF Şabran sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il oktyabrın 13-də Şabran rayonunda işgüzar forum keçirib.

"APA-Economics" fondun yaydığı elana istinadən xəbər verir ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

Azərbaycanca

Bağlanan 10 bankın əmanətçilərinə 407 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 mln. 974 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 17 mln. 979 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Azərbaycanca

SOCAR: İstiqrazlar üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub

20 sentyabr - 10 oktyabr tarixlərində satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub. Banco.az "APA-economics"ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »