Tramp: İdxal edilən yük maşınlarına 25% rüsum noyabrın 1-dən başlayacaq | Banco.az

Tramp: İdxal edilən yük maşınlarına 25% rüsum noyabrın 1-dən başlayacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp ABŞ-da yerləşən sosial media platforması "Truth Social" hesabında mövzu ilə bağlı paylaşım edib.

Banco.az xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən idxal edilən orta və ağır yük maşınlarına 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

"Noyabrın 1-dən ABŞ-a başqa ölkələrdən gələn bütün orta və ağır yük maşınlarına 25% rüsum tətbiq olunacaq", - ABŞ prezidenti Tramp bildirib.

Tramp sentyabrın 25-də verdiyi açıqlamada tarifin başlama tarixini 1 oktyabr elan edib.

Mövzu ilə bağlı əvvəlki yazısında Tramp demişdi: “İri yük maşınları istehsalçılarımızı haqsız xarici rəqabətdən qorumaq üçün dünyanın digər yerlərində istehsal olunan bütün ağır yük maşınlarına oktyabrın 1-dən etibarən 25 faizlik tarif tətbiq edəcəyəm”.