Bankların mənfəətinin azalması ehtiyatların artması ilə bağlıdır.
Bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
Onun sözlərinə görə, bank sektorunun dayanıqlılığının əsas göstəricisi kapital adekvatlığıdır və bu göstərici 18 % ətrafındadır.
"Görünən odur ki, sistemin kapital büferləri normativlərin üstündədir. Bu səbəbdən xalis mənfəətin azalması dayanaqlılıq üçün problem yaratmır", - Şahin Mahmudzadə qeyd edib.
apa