Banco.az | Tezliklə

Fitch AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi

Azərbaycanca

Fitch Ratings AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi. Bu, Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir və AccessBank ölkənin bank sektorunda ən yüksək kredit reytinqinə malik maliyyə qurumu olmaqda davam edir. Eyni zamanda, reytinq agentliyi Bankın dayanıqlıq reytinqini  “b+” səviyyəsindən “f” səviyyəsinə endirib.

Ölkənin ən məşhur bankları açıqlandı

Yanvar ayında ölkə mətbuatında bank sektoruna aid 23287  məlumat yayılıb. Banco.az «Media Consulting & Services» şirkətinə istinadən xəbər verir ki, ötən ay mətbuatda haqqında ən çox danışılan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bu bank barədə KİV-də 2486 məlumat yayılıb.

Azərbaycanca

“AtaBank” ötən ili necə başa vurdu?

“Atabank” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 30 dekabr 2016-cı ildə bankın cəmi aktivləri 472 mln. 541 min 860 manat olub. Bankın aktivləri keçən ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 1,4% azalıb. 

Azərbaycanca

Bankirlər üçün sosial şəbəkə yaradılıb

Rusiyada dünyada ilk dəfə olaraq bankir və maliyyəçilər üçün sosial şəbəkə - Bankir.com istifadəyə verilib.

Azərbaycanca

Rusiyada yeni əsginaslar buraxılacaq – FOTO

Rusiya Bankı (Mərkəzi Bank) 200 və 2000 rubl nominallı yeni əsginasların dizaynını təsdiq edib.

200 rubl nominallı əsginasın üzərində Sevastopol şəhərinin simvolları, 2000 rubl nominallı əsginasın üzərində isə Uzaq Şərqin məşhur yerləri əks olunacaq.

Azərbaycanca

Bu qanun Mərkəzi Banka şamil edilməyəcək

“Müflisləşmə və iflas haqqında” qanun bütün publik hüquqi şəxslərə şamil edilməyəcək.

Bu gün Milli Məclisin plenar iclasında qəbul edilən “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Azərbaycanca

Deputat: "18%-lik ƏDV problemlərə yol açacaq"

“Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18% əlavə dəyər vergisi tətbiq edilir. Bu, gələcəkdə problemlərə yol açacaq”. 

Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Musa Quliyev deyib.

Azərbaycanca

Fevralın 2-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 02.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,9200 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, fevralın 1-də USD/AZN rəsmi məzənnəsi 1,9200 səviyyəsində olub.


Azərbaycanca

Rabitə xidmətləri üçün dövlət rüsumu 182 dəfə artırıldı

Bu gün Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanun layihəsində bəzi dövlət rüsumu tutulmalı olan hərəkətlərə görə dövlət rüsumunun məbləğlərinin artırılması təklif olunur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »