Bu gün banklarda dolların daha da ucuzlaşması müşahidə olunur.
Dünən 1 dolları 1.9740 manata satan "Accessbank" bu gün 1.9580 manata satır.
Bu gün banklarda dolların daha da ucuzlaşması müşahidə olunur.
Dünən 1 dolları 1.9740 manata satan "Accessbank" bu gün 1.9580 manata satır.
Peşəkar xidmət və yüksək müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxlayan Expressbank ötən ilin nəticələrinə görə bu sahədə seçilən əməkdaşlarını təltif edib.
Yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb.
Fonddan verilən məlumata görə, ötən ay ARDNF tərəfindən valyuta hərraclarında 285 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.
“Turan”a istinadən xəbər verilir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.
2016-cı ildə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 280 247 m² həcmi olan 724 mənzil alıblar.
Bu barədə Türkiyənin mənzil bazarı araşdırması ilə məşğul olan “EVA Gayrimenkul Değerleme” şirkətinin hesabatında deyilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyünə əlavə vakant yerə seçkilər keçirilir.
Akademiyadan verilən məlumata görə, vakant yer AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi üzrədir.
Azərbaycan nefti bahalaşmaqda davam edir.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,68 dollar və ya 1,2% artaraq 57,47 dollar təşkil edib.
Mənbə: Apa.az
Azərbaycan Mərkəzi Bankı 2 fervral tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.9200 manat təşkil edir.
2016-cı ilin yekunları üzrə "Facebook"un xalis mənfəəti təqribən 18 faiz artaraq 10,2 milyard dollara çatıb.
Bu barədə şirkətin məlumatında bildirilir.
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) İdarəçilər Şurası faiz dərəcəsini 0,5– 0,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib.
Bu barədə maliyyə tənzimləyicisinin rəhbərlik səviyyəsində keçirilən iclasın yekunu üzrə yaydığı məlumatda bildirilir.