9 ayda Azərbaycanın elektrikli avtomobil idxalı azalıb | Banco.az

9 ayda Azərbaycanın elektrikli avtomobil idxalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 1 559 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 9 ayında ölkənin elektromobil idxalının dəyəri isə 48 milyon 211 min dollar olub. 2025-ci ilin yanvar-sentyabr aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 686 ədəd, dəyər ifadəsində isə 40 milyon 409 min dollar və ya 45,6% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 245 ədəd, dəyəri 88,6 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram