Banco.az | Tezliklə

Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb

Vyana şəhərində (Avstriya) dünyanın ilk rəsmi bitkoin-bankı açılıb. "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.

Azərbaycanca

Dollar yenə ucuzlaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

AMB-dən Banco.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.

Azərbaycanca

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb

Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 514 min nəfər olub ki, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Azərbaycanca

Pensiya artımı ilə bağlı nazirlikdən – AÇIQLAMA

Bu ay təqaüdçülər pensiyalarını artımla alsalar da, bəzi məsələlər onlar üçün qaranlıq qalıb.

Təqaüdçülərin fevralda aldıqları pensiyanın artım məbləği onlarda çaşqınlıq yaradıb.

Azərbaycanca

Hansı bankın Çağrı Mərkəzi daha müştəriyönümlüdür?

Hər birimiz heç olmasa bir dəfə belə olsa, banka zəng etmişik. Çünki bank xidmətləri ilə bağlı məlumat əldə etməyin ən asan üsullarından biri bankın məlumat mərkəzi ilə əlaqə saxlamaqdır.

Bəs, bankların məlumat mərkəzləri (call center) hansı səviyyədə xidmət göstərir? 

Azərbaycanca

Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Azərbaycanda banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin ümumi həcmi illik müqayisədə 215 mln. manat və ya 24,4% azalaraq 2017-ci il yanvarın 1-nə 665,7 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verilir.

Azərbaycanca

"Unibank": Problemli kreditlərin məhkəmə yolu ilə qaytarılmasında qeyri-adi heç nə yoxdur

"Unibank" problemli kreditlərin qaytarılması üzərində işləyir və bu cür problemlə üzləşən müştərilərlə təmasdadır". Bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

Azərbaycanca

Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb

Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. Bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Azərbaycanca

“Finance Leasing” dollar və manatla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Finance Leasing” ASC-nin istiqraz emissiyasını (AZ2025006571) dövlət qeydiyyatına alıb.

Azərbaycanca

Hər yerdə keçərli olan taksit kart hansıdır?

Azərbaycanca

Smilecard - adi taksit kart deyil. O əksər analoji bank kartlarından fərqli olaraq, məhdud sayda tərəfdaşlarda deyil, bütün alqı-satqı məntəqələrində keçərlidir. Belə ki, Smilecard sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır.

Səhifələr

« first ‹ previous last »