Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 75 milyon 768 min ABŞ dolları dəyərində 33 min 321 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 19,54%, dəyəri isə 16,29% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 90 milyon 514 min dollar dəyərində 41 min 415 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,45%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
