Ziraat Bank Azərbaycan 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəriciləri ilə başa vurub. Bankın aktivləri ötən ilin analojı dövrü ilə müqayisədə 38.2 % artım nümayiş etdirib. Bununla da, Bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə 1 milyard manat həddini keçib. Bu göstərici Bankın bazardakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və strateji böyüməsinin bariz nümunəsidir.
Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi

