Müəllif: Gülnar Əhmədli, Banco.az
Pul qazanmaqla onu idarə etmək arasında böyük fərq var. Zəngin insanların ən önəmli üstünlüyü isə məhz düzgün maliyyə vərdişlərinə sahib olmalarıdır.
Banco.az onların həyat tərzindən çıxara biləcəyiniz və hər kəs üçün faydalı ola biləcək vərdişləri təqdim edir:
1. Maliyyə hədəfləri qoyurlar
Zəngin insanlar dəqiq və ölçülə bilən hədəflərlə hərəkət edir, planlarını bu istiqamətdə qururlar.
2. Disiplinlidirlər
Maliyyə planına sadiq qalmaq, uzunmüddətli sabitliyi qorumağın əsas şərtidir.
3. Borclara ehtiyatla yanaşırlar
Ödənilməsi çətin olan borclardan uzaq dururlar. Kredit götürsələr də, bunu gələcəkdə qazanc gətirəcək məqsədlər üçün edirlər.
4. Başqaları ilə yarışmırlar
Onlar öz hədəflərinə fokuslanır, başqalarının həyat tərzinə uyğunlaşmağa çalışmırlar.
5. Çoxsaylı gəlir mənbələri yaradırlar
Tək maaşa güvənmirlər. Əlavə işlər, investisiyalar və passiv gəlir mənbələri qururlar.
6. Əvvəlcə yığır, sonra xərcləyirlər
Gəlirin bir hissəsini mütləq qənaət və ya investisiyaya ayırır, yalnız qalan pulla gündəlik xərclərini idarə edirlər.
7. Xərclərinə diqqətlə yanaşırlar
“İstək”lə “ehtiyac”ı ayırd edir, emosional alış-verişdən qaçırlar.
8. Oxşar düşüncəli insanlarla ünsiyyətdə olurlar
Maliyyə davranışlarını mühit formalaşdırır. Ona görə də, onları dəstəkləyən və öyrədən insanlarla vaxt keçirirlər.
9. Daim öyrənirlər
Kitab oxumaq, yeni biliklər qazanmaq və bazarı izləmək onların həyat tərzinin bir hissəsidir.
Zəngin insanların vərdişləri hər kəs üçün əlçatan deyilmiş kimi görünə bilər. Amma əslində bu yanaşmalar sadədir: məqsəd qoymaq, intizamlı olmaq, qənaət etmək və daim öyrənmək. Bu prinsiplər maliyyə azadlığına aparan əsas yollardandır.
Bizi sosial şəbəkələrdən izləyin!!