Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib. Eyni dövrdə Ermənistandan Azərbaycana məhsul ixrac edilməyib.
Qeyd edək ki, ötən ildən Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinə başlanılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
