Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" şirkəti bazar kapitallaşmasına görə Nvidia-nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti titulunu qazanıb.
Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, oktyabrın 30-da Apple-ın bazar dəyəri 5,03 trilyon dollara yüksəlib. Nvidia-nın bazar kapitallaşması isə 4,93 trilyon dollar təşkil edib.
Qeyd edək ki, "Apple" bundan əvvəl də iyulun sonlarında Nvidia-nı geridə qoyaraq liderliyə yüksəlmişdi.
Agentliyin qiymətləndirməsinə görə, investorlar "Apple" səhmlərini "Nvidia" ilə müqayisədə daha təhlükəsiz investisiya seçimi kimi qəbul edirlər.
