Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp Venesuela neftindən əldə olunan gəlirlərin İrana qarşı hərbi əməliyyatlara çəkilən xərclərdən 10 dəfə çox olduğunu iddia edib.
Banco.az xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı Demokratların müharibənin maliyyə yükü ilə bağlı tənqidlərinə münasibət bildirib.
ABŞ lideri Demokratlar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Ro Xannanın İrana qarşı hərbi əməliyyatlara 25 milyard dollar xərcləndiyi barədə açıqlamasını tənqid edib. Tramp bildirib ki, ABŞ Venesuela neftindən bu məbləğin təxminən 10 misli qədər gəlir əldə edib.
O, bu müqayisəni əsas gətirərək müharibənin maliyyə baxımından ABŞ üçün sərfəli olduğunu irəli sürüb.
Qeyd edək ki, Tramp avqustun 28-də ABŞ ilə Venesuela arasında neft sektoruna dair razılaşma elan etmişdi. Razılaşma çərçivəsində ABŞ şirkəti NABEP-ə 17 neft yatağında fəaliyyət göstərmək üçün 100 illik güzəştlərin verilməsi nəzərdə tutulur.
