“Waymo” 5 milyard dollarlıq kredit razılaşması əldə edib | Banco.az

“Waymo” 5 milyard dollarlıq kredit razılaşması əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Waymo” 5 milyard dollarlıq kredit razılaşması əldə edib.

Banco.az xəbər verir ki, “Alphabet” şirkətinin tərkibində fəaliyyət göstərən sürücüsüz avtomobil şirkəti “Waymo” ABŞ-da və beynəlxalq bazarlarda sürücüsüz nəqliyyat xidmətlərini genişləndirmək məqsədilə 5 milyard dollarlıq müddətli kredit razılaşmasını tamamladığını açıqlayıb.

Şirkətin cümə axşamı yaydığı açıqlamada kredit razılaşmasının əsas maliyyələşdiriciləri sırasında “PIMCO”, “Blackstone” və “Sixth Street”in yer aldığı bildirilib.

“Capital Group”, “Loomis Sayles” və “T. Rowe Price”ın da razılaşma çərçivəsində əsas kredit təminatçıları arasında olduğu qeyd edilib.

“Waymo” “Goldman Sachs”ın isə razılaşma üzrə yeganə əsas sifariş toplayıcı kimi fəaliyyət göstərdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram