Bu il unikal müddətli əmanətçilərin sayı 27%-dən çox artıb | Banco.az

Bu il unikal müddətli əmanətçilərin sayı 27%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin sentyabr ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 226 56 nəfər olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 27.2% (48 405 əmanətçi) artıb.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 16.4% (31 922 əmanətçi) çoxdur.

    Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram