ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı gözləntilərdən aşağı olub | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı gözləntilərdən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı gözləntilərdən aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.

Məlumata görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı oktyabrın 3-də başa çatan həftə ərzində əvvəlki həftə ilə müqayisədə 2 min nəfər azalaraq 197 minə düşüb.

Bazar iştirakçıları bu dövrdə müraciətlərin sayının 200 min olacağını gözləyirdi.

Əvvəlki həftənin göstəricisi 197 mindən 199 minə yenidən nəzərdən keçirilib.

Ötən həftə üzrə işsizlik müavinəti üçün müraciətlərin 4 həftəlik orta sayı da 2 min 500 nəfər azalaraq 198 minə geriləyib.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə sentyabrın 26-da başa çatan həftə ərzində 17 min nəfər artaraq 1 milyon 716 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram